1. Ana səhifə
  2. Holdinqdən filiala qədər bir sistem

Holdinqdən filiala qədər bir sistem

Bütün şirkətləriniz eyni platformada işləyir. Qaydalar bir yerdə yazılır, rəqəmlər isə əl ilə toplanmır.

Hər rol öz işini görür

Holdinq rəhbəri

Nəticəni ilin sonunda, Excel cədvəllərindən öyrənir.

Şirkətlərin vəziyyətini il boyu bir ekranda görür.

Maliyyə direktoru

Faylın hansı versiyasının son olduğunu axtarır, rəqəmləri əl ilə toplayır.

Limitlər sistemdə qorunur, cəmlər özü hesablanır.

HR direktoru

Kağız ərizələr və gecikən hesabatlarla işləyir.

Bütün şirkətlərin məzuniyyət planı və öhdəliyi bir paneldədir.

Menecer

Komandanın vəziyyətini görmədən ərizə imzalayır.

Kimin nə vaxt yerində olmayacağını əvvəlcədən görür.

İşçi

Tarix seçmək üçün həmkarlarına zəng edir, cavab gözləyir.

Köməkçi uyğun tarixləri göstərir, plan menecerə özü gedir.

ERP mütəxəssisi

Hər kiçik dəyişiklik üçün vendora məktub yazır.

Dəyişikliyi özü edir, yoxlayır və işə salır.

Büdcə Kompası: hədəf və limitlər bir sistemdə

Büdcə mövsümündə hər şirkət Excel faylı doldurub e-poçtla göndərir. Versiyalar qarışır, rəqəmlər əl ilə toplanır və konsolidasiya həftələrlə çəkir.

Bu gün necədir

  • Tikinti_2027_FINAL2.xlsx, Aqro_plan_v8.xlsx…
  • Konsolidasiya həftələrlə çəkir
  • Kimin limitə riayət etdiyi ilin sonunda bilinir
  • Hədəfi holdinq qoyurSatış üçün minimum, xərc üçün maksimum müəyyən olunur və şirkətlərə, bölmələrə, filiallara bölünür.
  • Plan sistemdə hazırlanırFilial maliyyəçisi öz planını yazır. Limiti aşan plan göndərilmir və sistem səbəbini göstərir.
  • Təsdiq öz yolu ilə gedirPlan filial müdirindən şirkətin maliyyə direktoruna qədər avtomatik gedir. Heç kimi əl ilə təyin etmək lazım deyil.
  • Rəhbər il boyu görürFaktiki rəqəmlər satış və mühasibatdan özü gəlir. Limitə yaxınlaşanlar əvvəlcədən xəbərdarlıq alır.

Məzuniyyət planlaması

Sistem hər işçiyə balansa, bayramlara və komandanın vəziyyətinə görə plan təklif edir. İşçi tarixi seçir, menecer bir ekranda təsdiqləyir.

  • Hazır təklifNovruzdan sonra 14 gün məzuniyyət götürən işçi bayramlarla birlikdə 19 gün istirahət edir. Sistem bunu özü hesablayır.
  • Komanda boş qalmırEyni vəzifədə olan işçilərin hamısı eyni vaxtda məzuniyyətə çıxa bilmir. Risk olanda sistem başqa tarix təklif edir.
  • Təsdiqdən sonra əl işi yoxdurPlan təqvimə yazılır, məzuniyyət haqqı əmək haqqına düşür, mühasibatda öhdəlik qeydə alınır.

Rəqəmlər hər səviyyədə tutuşur

Filialların cəmi şirkətə, şirkətlərin cəmi holdinqə bərabərdir. Kənarlaşma olanda onun hansı xərc sətrindən gəldiyini görürsünüz.

  • Avtomatik konsolidasiyaRəqəmləri bir cədvəldən digərinə köçürmək lazım deyil.
  • Ətraflı baxışHoldinqdən şirkətə, bölməyə, layihəyə və xərc sətrinə qədər enmək olur.
  • Riayət tarixçəsiHər şirkətin və filialın il ərzindəki nəticəsi qiymətləndirmə üçün hazırdır.

Hansı sahələr üçün

birERP müxtəlif sahələrin uçot və iş qaydalarına uyğunlaşdırılır.

  • Pərakəndə və topdansatış
  • Restoran və otel
  • Tikinti
  • İstehsalat
  • Logistika
  • Aptek
  • Səhiyyə
  • Təhsil
  • Aqro
  • Sığorta
  • Maliyyə xidmətləri
  • Xidmət şirkətləri

birERP-i canlı görün

Sizə uyğun vaxtda sistemi göstərək və şirkətiniz üçün necə işləyəcəyini birlikdə müzakirə edək.