Alış limitinə nəzarət
Limiti aşan sifariş təsdiq olmadan irəli getmir.
Maliyyədən istehsalata qədər əsas modullar bir yerdədir və eyni məlumatla işləyir. Siyahıda olmayanı isə öz komandanız əlavə edir.
Modullar ayrı proqramlar kimi işləmir. Bir əməliyyat lazım olan hər yerdə özü yenilənir.
Menecer qaimə yazır.
Mal qalığı dərhal azalır.
Gəlir və borc uçota düşür.
Rəhbərin paneli yenilənir.
Pul hərəkəti, büdcə və hesabatlar bir yerdədir. Satışda və ya anbarda olan hər əməliyyat uçota özü düşür.
Mühasib ayın son günü sənəd yığmır. Qaimə və ödənişlər artıq uçotdadır, sistem yalnız açıq qalan ödənişləri göstərir.
Müştəri, sifariş və qaimə bir axındadır. Satış yazılan kimi anbar qalığı və maliyyə yenilənir.
Menecer sifarişi qəbul edir, anbar malı toplayır, qaimə özü yaranır. Rəhbər hansı sifarişin harada qaldığını bir siyahıda görür.
Alışdan rəfə qədər hər addım görünür. Qalıq azalanda sistem özü sorğu hazırlayır.
Un qalığı minimum həddə düşəndə sistem satınalma sorğusu yaradır və təchizatçıların təkliflərini yan-yana göstərir. Menecer yalnız seçib təsdiqləyir.
İş sifarişi, material və keyfiyyət yoxlaması bir planda birləşir. Sexdə nə baş verdiyini ofisdən görürsünüz.
Yoxlamada problem tapılanda bir kliklə görünür: məhsul hansı xammal partiyasından, hansı növbədə və hansı avadanlıqda hazırlanıb.
İşçi məlumatı bir dəfə yazılır. Əmək haqqı, məzuniyyət və hesabatlar həmin məlumatdan istifadə edir.
Hesablama tabel və məzuniyyətlərə əsasən özü hazırlanır. Mühasib yalnız fərqləri yoxlayır, DSMF hesabatı eyni məlumatdan yaranır.
Təsdiqlər, limitlər və dəyişiklik tarixçəsi bütün modullarda eyni qaydada işləyir.
Filial büdcədən artıq alış sifarişi yaradanda sifariş dayanır və maliyyə direktoruna gedir. Kimin nə vaxt təsdiqlədiyi jurnalda qalır.
Onu adi dillə təsvir edin. birERP hazırlayır, siz yoxlayıb işə salırsınız. Məsələn, şirkətlər belə modulları özləri qurur:
Limiti aşan sifariş təsdiq olmadan irəli getmir.
Baxış tarixləri, xatırlatmalar və tarixçə.
Menecerlər üzrə aylıq plan və icra.
Sorğu, təsdiq və xərc hesabatı.
Müddətlər və ödəniş xatırlatmaları.
Planın icrasına bağlı mükafat hesablanması.
Sizə uyğun vaxtda sistemi göstərək və şirkətiniz üçün necə işləyəcəyini birlikdə müzakirə edək.